Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Kanadanın XİN başçısı Mark Qarno arasında telefon danışığı olub.
Məlumatı “TRT Haber” yayıb.
Mövlud Çavuşoğlu Türkiyədə müdafiə sənayesinə tətbiq edilən sanksiya məsələsində Kanadanın mövqeyindən narahatlıqlarını bildirib və Qarnodan bu vəziyyəti nəzərdən keçirmələrini istəyib.