-1 C
Baku
Sunday, December 15, 2024

Türkiyə və Misir XİN başçıları görüşə bilər

İtaliyanın paytaxtı Romada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Misirin xarici siyasət idarəsinin rəhbəri Sameh Şükrü arasında görüş keçirilə bilər.

Bu barədə İtaliyanın “Nova News” nəşri yazıb.

Bildirilib ki, hər iki nazir bu il dekabrın 2-3-də Romada keçirilməsi planlaşdıran “MED 2022 – Aralıq dənizi üzrə dialoqlar” toplantısına qatılacaq.

Nəşrin yazdığına görə, Türkiyə və Misir XİN başçılarının görüşünün keçiriləcəyi sadəcə ehtimaldır: “Buna baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın FIFA 2022 Dünya Çempionatının açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşməsi iki dövlət arasındakı münasibətlərdə müsbət tendensiyaların olduğunu göstərir. Ərdoğanın özü bu yaxınlarda bəyan etmişdi ki, Türkiyə ilə Misir arasında münasibətlərin qurulması prosesi iki ölkənin nazirlərinin görüşü ilə başlayacaq. Türkiyə Prezidenti açıqlamalarında Suriya ilə münasibətlərin yaxşılaşdırılmasının mümkünlüyündən də danışıb”.

Qeyd edək ki, rəsmi Ankara Misirin mərhum Prezidenti Məhəmməd Mursinin 2013-cü ildə devrilməsindən sonra hakimiyyətə gələn general Əbdülfəttah əs-Sisini qanuni dövlət başçısı olaraq tanımaqdan imtina edib. Onda tərəflər səfirlərini məsləhətləşmək üçün geri çağırıblar. Bunun ardınca Misir Türkiyənin Qahirədəki səfirini “arzuolunmaz şəxs” (“persona non qrata”) elan edib. Ankara da uyğun cavab verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər