18 C
Baku
Monday, April 29, 2024

Türkiyə Vaşinqtonun S-400-lərin Kiyevə verilməsi təklifinə cavab verib

“Türkiyə hökuməti ABŞ-ın Ankaraya qarşı sanksiyaların ləğvi müqabilində S-400 zenit-raket komplekslərinin Ukraynaya verilməsi təklifini qəbul etməyəcək”.

Bunu Türkiyənin Vətən Partiyasının baş katibi Doğu Perinçək deyib.

“ABŞ-ın Türkiyəyə nəyisə göstəriş vermək səlahiyyəti yoxdur. Türkiyə hökuməti heç bir halda Rusiyanın S-400-lərini Ukraynaya təhvil vermək kimi sifarişi qəbul etməyəcək. Türkiyə hökumətinin belə göstərişləri eşitməyə belə razı olması mümkün deyil”, – deyə Perinçək bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar barədə xəbərlər ABŞ-ın “tipik kəşfiyyat təbliğatı”dır.

“Biz bunu dəfələrlə yaşamışıq. Türkiyəni belə təzyiqlərlə sındırmaq olmaz”, – deyə Vətən partiyasının baş katibi vurğulayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər