10 C
Baku
Friday, December 13, 2024

Türkiyə XİN Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.

Bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Bəyanatda deyilir:

“26 avqust 2022-ci il Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması haqqında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda ifadə olunan məsələlərə uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhərinin, həmçinin Zabux və Sus yaşayış məntəqələrinin bu gün Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik. Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda bu addım Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər