9 C
Baku
Thursday, December 12, 2024

Türkiyə XİN rəhbəri: “Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir”

“İkinci Qarabağ müharibəsi bitdikdən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, iki ölkə olaraq gücümüzü sülh və sabitlik üçün birləşdirdik”.

Bu fikirləri Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir.

“Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla 3 və 4-lü formatda əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olsa, niyə Ermənistan da bu formatlara qatılmasın? Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan masa arxasında oturub danışmalıdırlar. Biz isə iki tərəf arasında sülh naminə atılacaq bütün addımları dəstəkləyirik”, – nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər