14 C
Baku
Thursday, May 2, 2024

Türkiyə yaxın bir neçə ayda NATO-dan çıxa bilər

Türkiyə ölkəyə qarşı təxribat xarakterli hərəkətlər fonunda NATO-dan çıxmaq qərarını verə bilər. Bu fikri yanvarın 25-də “Aydinlik” nəşrinə verdiyi müsahibədə “Vətən” partiyasının sədr müavini Ethem Sandzak səsləndirib.

“Hadisələr bizi belə addımlar atmağa məcbur edir. NATO öz təxribatları ilə bizi buna sürükləyir. Bizi qonşumuz Yunanıstanla üz-üzə qoymağa çalışır. Fikrimcə, yaxın 5-6 ayda Türkiyə NATO-dan çıxa bilər”, – sədr müavini deyib.

Sandzakın sözlərinə görə, Türkiyənin alyansından çıxması ölkə üçün zərurətə çevrilib.

Bundan əvvəl, yanvarın 24-də İsveç və Finlandiyanın NATO-ya üzvü ilə bağlı üçtərəfli danışıqların Türkiyənin tələbi ilə qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib. Bildirilir ki, danışıqların bərpası üçün tarix hələ müəyyən edilməyib.

İsveç və Finlandiya 18 may 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət ediblər. İyunun sonunda blokun üzv ölkələri Şimali Atlantika Alyansına qoşulmağa rəsmi dəvət edib və üzvlük protokollarını imzalamağa razılaşıblar.

İyun ayında Ankara İsveç və Finlandiyanın NATO üzvlüyünə qoyulan vetonun ləğvi üçün 10 şərt təqdim edib. Mövzulardan biri də PKK başda olmaqla, Ankaranın tanıdığı terror təşkilatlarına qarşı mübarizədə Türkiyəyə dəstək təklifi olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər