Türkiyənin müxalif Respublika Xalq Partiyası (CHP), ölkənin MSK-dan İstanbul bələdiyyəsinin rəhbəri kimi Əkrəm İmamoğluna mandat verilməsini tələb edir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Partiya iddia edir ki, İstanbulda bələdiyyə seçkilərini onun namizədi qazanıb.
CHP həmçinin ölkənin MSK-sını müstəqil olmağa çağırıb.
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilə biləcəyini söyləmişdi.