Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarının vəfatı ilə bağlı ölkədə 1 günlük matəm elan edib.
Bu barədə “TRT haber” məlumat yayıb.
Ərdoğan onu da bildirib ki, “AKINCI” İran rəhbərliyinin xahişi ilə qəza baş verən əraziyə göndərilib :
“Bayraktar AKINCI iranlı qardaşlarımızın xahişi ilə axtarış-xilasetmə əməliyyatlarında fəal iştirak edib. AKINCI çətin hava şəraitinə baxmayaraq ümumilikdə 2100 kilometr uçub. Missiyasını uğurla başa vurduqdan sonra ölkəmizə qayıdıb”.