1 C
Baku
Saturday, December 14, 2024

Türkiyədə avronun məzənnəsi rekord həddə çatdı. Səbəb?

Türkiyədə avronun məzənnəsi 4,76 lirəyə yüksələrək tarixi rekordunu yeniləyib.

Buna səbəb ölkənin xarici ticarət balansının yanvar ayı üzrə kəsirinin gözləntiləri üstələyərək 7,1 mlrd. dollar təşkil etməsidir.

Analitiklər bu rəqəmin 6,8 mlrd. dollar olacağını proqnozlaşdırırdılar.

Türkiyədə avro ilə yanaşı, ABŞ dollarının da məzənnəsi artıb. Amerika valyutası 3,86 lirəyə qədər bahalaşıb.

“Report”u analitik qrupu hesab edir ki, məzənnə artımı həm də bu gün ABŞ-da açıqlanacaq fevral ayı üzrə inflyasiya göstəricisi ilə bağlıdır. Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin martın 20-21-də keçiriləcək növbəti monetar siyasət iclasında uçot dərəcəsinin artırılması gözlənilir. Son nəticədə Türkiyədə dolların məzənnəsi 4 lirəni, avronun məzənnəsi isə 5 lirəni ötə bilər.

Son xəbərlər
Digər xəbərlər