Türkiyədə 2016-cı ildə restrukturizasiya üçün müraciət edilən borcların sayı 5,3 mln.-a, həcmi isə 46 mlrd. lirəyə (14,8 mlrd. ABŞ dolları) yüksəlib.
“Bloomberg” agentliyinə istinadən xəbərə görə, bunu Türkiyənin maliyyə naziri Naci Ağbal “CNN Türk” televiziya kanalında yayımlanan bir proqramda bildirib.
Nazirin sözlərinə görə, bu, rekord rəqəmdir: “Sonuncu dəfə 2011-ci ildə restrukturizasiya qanunu çərçivəsində müraciətlərin həcmi 39 mlrd. lirə (orta məzənnə ilə 22,4 mlrd. dollar) təşkil edib. Bu dəfə isə müraciətlərin sayının çox olması səbəbindən müddəti noyabr ayının 25-dək uzatdıq. Müddət bitmədən artıq 46 mlrd. lirəlik müraciət var”.
Report