14 C
Baku
Saturday, November 16, 2024

Türkiyədə çevriliş cəhdi $100 mlrd.-a başa gəlib

Türkiyədə uğursuz dövlət çevrilişi cəhdi ölkə iqtisadiyyatına $100 mlrd.-a başa gəlib. Bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi məlumat verib.

“Bütün hərbi təyyarələr, helikopterlər, silahlar, bombalar və zədələnən binaları hesaba alsaq, ilkin hesablamalarımıza ən azı 300 mlrd. lirə ($100 mlrd. – İF) ziyan dəyib”, – deyə çərşənbə axşamı “Hürriyyet” qəzeti nazirin sözlərindən sitat gətirir.

Bununla belə, B.Tüfəkçi vurğulayıb ki, söhbət ən ilkin hesablamalardan gedir, və bu rəqəmin artacağı istisna olunmur.

Nazirin sözlərinə görə, çevriliş cəhdi xaricdən bir çox sifarişin ləğv olunmasına gətirdi, turistlər bu ölkəyə səfərdən imtina etdilər, qiyamçılar isə “Türkiyəni üçüncü dünyanın ölkəsi kimi təqdim edərək bu cür obraz yaratdılar”.

Interfaks

Son xəbərlər
Digər xəbərlər