25 C
Baku
Saturday, April 20, 2024

“Türkiyədə daşınmaz əmlak üzrə ikinci ən böyük investor İraqdır”

Bu yaxınlarda ölkəmizdə səfərdə olmuş Bağdad Ticarət Palatasının İnvestisiya Mərkəzinin direktoru, İraq-Azərbaycan İş Adamları Birliyinin sədri Alaa Nur “Daşınmaz əmlak sektoru iraqlı iş adamları üçün çox cəlbedicidir” deyib.

Banker.az xəbər verir ki, Alaa Nur fikrini onunla əsaslandırıb ki, bu sahəyə yatırılan sərmayəni “daha tez geri qaytarmaq olur və əldə edilən gəlir də bəllidir”.

A.Nurun sözlərinə görə, İraq daşınmaz əmlak üzrə İordaniya və Livanda birinci, Türkiyədə isə ikinci ən böyük investor ölkədir. İraqlılar Dubayda da ən çox daşınmaz əmlak alan xarici ölkə vətəndaşlarıdır: “Bizim ölkədə daha çox villalar satın alınır. Çünki İraq isti ölkə olduğundan insanlar daha çox villa formasında olan evlərdə yaşamağa üstünlük verirlər. Sərin havası olan ölkələrdə isə daha çox bina evləri almağı məqbul sayırlar”.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər