Türkiyədə dezinformasiyanın yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi qüvvəyə minib.
Bu barədə məlumat “Resmi Gazete”də yer alıb.
Xatırladaq ki, Türkiyə parlamenti bir neçə gün əvvəl dezinformasiya ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Ölkənin hakim Ədalət və İnkişaf partiyasının təşəbbüsü ilə irəli sürülən qanun layihəsi çərçivəsində Türkiyə Cəza Məcəlləsinə edilən dəyişikliyə əsasən, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması cinayət hesab olunacaq. Belə ki, qəsdən yalan məlumat yayan şəxslər 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.