Sabahdan Türkiyədə dizel yanacağının satış qiymətində 7-9 kuruş artım olacağı gözlənilir.
Bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.
Artımdan sonra İstanbulda dizel yanacağının 1 litrinin orta qiyməti 5,13 lirə (2,33 manat) olacaq. Benzinin 1 litrinin qiyməti isə 5,57 lirə (2,53 manat) təşkil edir.
Xatırladaq ki, Türkiyədə istehlak olunan yanacağın 84%-ni dizel təşkil edir. Son məlumatlara görə bundan sonra “biodizel” yanacağını dizelə qatılması üçün qərar da qəbul olunub. Bu da onu deməyə əsas verir ki, 2018-ci ildə 0,5% biodizel əlavə olunması nəticəsində təxminən 115 min ton biodizel istehsal olunacaq. Türkiyədə 12 lisenziyası olan biodizel istehsalçısı var və onların illik istehsal gücü 240 min ton təşkil edir.