YENİLƏNİB
Türkiyə Mərkəzi Bankının (TCMB) sərt pul siyasətinin hələ uzun sürəcəyi açıqlamasından keçən həftə dəstək alan və riskli varlıqlardan qaçışa rəğmən Türk lirəsi həftəyə 7.28 USD/TRY ilə start verib. Türkiyə sənayesində artım nikbinliyi lirə ilə bağlı dolğun ümid yaradır.
Bakı vaxtı ilə saat 15:30 radələrinə isə 1 ABŞ dolları 7.1911 lirəyə düşüb. Bu da günlük 1.92% azalma deməkdir.
Keçən həftə TCMB sədri Naci Ağbal faiz endirimin hələ erkən olduğu mesajını verməsi USD/TRY cütlüyünün məzənnəsinə mühüm təsir edib, məzənnəmi son 200 günün minimumuna endirdi. Hazırda dollar/lirə cütlüyünün 7.23 olması 2020-ci ilin sıçrayış artımla yadda qalan avqustdakı göstəricidən bəri ən aşağı göstərici olmuş olacaq. Yerli analitiklərin proqnozuna görə, bu eniş yenə də davam edə bilər.
Türkiyədə dolların məzənnəsi 7 rəqəminə də məhz avqust ayında qalxmışdı.
Türkiyənin istehsal sektorunda biznes aktivliyini ölçən indeks (PMI) yanvarda 50.8 punktdan 54 punkta yüksəlib. Biznes fəaliyyəti indeksi (PMI) müvafiq sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici istehsalın artımı haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks ölkədə iqtisadi rifahının ölçülməsi üçün istifadə edilir. İndeks 5 əsas sub-indeks əsasında hesablanır: Sifariş (30%), İstehsal (25%), Məşğulluq (20%), Təchizat qəbulu (15%) Anbarda qalıq (10%).
Türkiyədə ən yaxından izlənilən yanvar ayı üzrə inflyasiya rəqəmləri idi. Ölkədə ötən ayda (yanvar) ayın əvvəli ilə müqayisədə inflyasiya 1.4% artım, illik isə 14.68% artımı gözlənilir.
“Deniz Yatırım” şirkətinin strategiyalar üzrə əməkdaşı Orkun Gödek məzənnədə yenidən enişlərin müşahidə ediləcəyi üçün işarə vurur. Onun fikrincə gələcəkdə USD/TRY cütlüyü 7.21-ə qədər enə bilər