Dolların bahalaşması fonunda Türkiyənin milli valyutası olan lirə məzənnəsini itirməkdə davam edir.
Türkiyə mətbuatına istinadən xəbərə görə, dekabrın 1-də ölkə ərazisində bir ABŞ dolları 3,43 lirəyə satılıb. Son bir ayda lirə təxminən 30 qəpik ucuzlaşıb. Bu geriləmə avronun məzənnəsində də baş verməkdədir.
Buna da bax: “Yaxın illərdə Azərbaycana 1 mlrd. dollardan çox valyuta daxil ola bilər”
Mərkəzi Bankın lirənin ucuzlaşması prosesinin qarşısını almaq üçün gördüyü tədbirlər isə heç bir nəticə vermir.
İlin sonuna Türkiyədə dolların məzənnəsi 3,55 TRY/USD, 2017-ci ildə isə 3,90 TRY/USD-yə qədər arta bilər.
AzVision