13 C
Baku
Saturday, November 16, 2024

Türkiyədə dollar rekord səviyyədə bahalaşa bilər

“Moody’s”in bu gün səssiz qalacağı proqnozlaşdırılır.

Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə hərbi çevrilişi cəhdindən sonra beynəlxalq reytinq agentliyi ölkənin kredit reytinqini “Baa3” “investisiya edilə bilən” səviyyədən negativə endirmişdi. Güman olunur ki, agentlik bu gün Türkiyə ilə bağlı açıqlamasının üstündən keçəcək.

Bu barədə “Businessht” xəbər verir.

“Commerzbank”ın iqtisadçısı Tatha Ghose bildirib ki, “Moody’s” açıqlamalı olduğu qərarın üstündən keçərsə, bu halda dollar/TL 2,85 səviyyəsinə qədər qalxa bilər. Agentlik başqa bir açıqlaması ilə qərarını ayrı vaxta təyin edərsə, bu halda dollar/TL 2,95 səviyyəsinə çata bilər.

“Union Investment Privatfonds Portföy” sədri Dmitri Barinov isə qeyd edib ki, bu halda türk lirəsi 1% dəyər qazanacaq və dövlət istiqrazları 20-30% bənd dəyər itirəcək.

Əgər “Moody’s” kredit reytinqini aşağı salarsa, iqtisadçılar türk lirəsində ciddi itkilərin ola biləcəyini və bu halda dollar/TL-nin 3,10 rekord səviyyəyə qalxa biləcəyini təxmin edirlər.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər