16 C
Baku
Monday, April 29, 2024

Türkiyədə dünyanın ilk ağıllı sualtı minası yaradılıb

Dünyada ilk dəfə olaraq Türkiyədə uzunmənzilli ağıllı sualtı mina yaradılıb.

Mina “F-16” qırıcılarından, “Akıncı” və “Aksunqur” PUA-larından yüksək hündürlükdən atıla bilir ki, bu da onu aşağı və orta hündürlükdə hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz edir.

Yeni silah İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim olunacaq. Mina Türkiyənin Maşınqayırma və Kimya Sənayesi Şirkəti, KOC Müdafiə və Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutuna daxil olan Texnologiya Araşdırmalar Şurasının konsorsiumu tərəfindən yaradılıb.

Layihənin məqsədi, tərtibatçıların fikrincə, “MK-84” ümumi təyinatlı bombaları hücum dəniz minalarına çevirməkdir.

Bunun üçün minanın yaradıcıları ona qanadlı bələdçi, hədəfləri aşkar etmək üçün ağıllı funksiya və minaatan qurğunu əlavə ediblər.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər