-1 C
Baku
Sunday, December 15, 2024

Türkiyədə e-ticarətin həcmi 2 dəfədən çox artıb

Bu ilin yanvar-iyun aylarında Türkiyədə e-ticarətin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 116 % və ya 2.1 dəfə artaraq 348 milyard lirəyə çatıb.

Bu barədə Ticarət Nazirliyi məlumat yayıb.

Bu ilin I yarısında sifarişlər 38 % artaraq 2.294 milyard ədədə yüksəlib. Bu dövrdə elektron ticarətin ümumi ticarətə nisbəti isə 17.6 %-dən 18.5 %-ə çatıb.

E-ticarətin 66 %-i və ya 228 milyard lirəsi kart əməliyyatları ilə, 32 %-i və 113 milyard lirəsi pul köçürmə/EFT ödənişləri ilə, 2 %-i isə qapıda ödəmə üsulları ilə həyata keçirilib.

6 ayda e-ticarət xərclərinin 88 %-i və ya 308 milyard lirəsi daxili xərclərin, 5 %-i və ya 15.8 milyard lirəsi xarici ölkə vətəndaşlarının xərcləri, 7 %-i və ya 24.7 milyard lirəsi isə Türkiyə vətəndaşlarının xaricdən etdiyi alışları təşkil edib.

Hesabat dövründə e-ticarət vasitəsi ilə ən çox bəyaz əşya və kiçik məişət texnikası (43.7 milyard lirə) alınıb. Bu sektoru təyyarəyə bilet alışı (30.4 milyard lirə), geyim, ayaqqabı və aksesuarlar (24.6 milyard lirə) və elektronika sektoru (20.3 milyard lirə) izləyib.

Elektron ticarət vasitəsi ilə alış-veriş edənlərin 52 %-i qadınlar, 48 %-i isə kişilər olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər