13 C
Baku
Thursday, November 7, 2024

Türkiyədə “Evdə qal” rejimi başladı

eni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyədə növbəti dəfə 56 saatlıq “Evdə qal” rejiminin tətbiqinə başlanılıb.

Yanvarın 8-də Türkiyə vaxtı ilə saat 21.00-dan (Bakı vaxtı ilə 22.00) qüvvəyə minən sərt məhdudiyyət rejimi yanvarın 11-də saat 5.00-dək davam edəcək.

 

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 8-də ölkə üzrə 184 min 193 nəfər testdən keçirilib. Onlardan 11 min 479 nəfərdə virus əlaməti aşkarlanıb, nəfər 1291 yoluxmuş şəxs xəstəxanalara yerləşdirilib. Məlum infeksiya səbəbindən son sutka ərzində 186 nəfər ölüb, 9min 894 şəxs sağalıb.

 

Qeyd edək ki, Türkiyədə “Evdə qal” rejimi həftənin ilk beş günü saat 21.00-da başlayıb səkkiz saat davam edir. Bu rejimi pozanlara qarşı ciddi tədbirlər görülür, o cümlədən pul cərimələri kəsilir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər