İyulda Türkiyədə istehlak qiymətləri illik müqayisədə 33.5% artıb. Artım tempi 14-cü ay ardıcıl olaraq yavaşlayır və 2021-ci ilin noyabrından bəri ən aşağı göstəriciyə çatıb. Xatırladaq ki, iyun ayında inflyasiya 35.05% təşkil edib.
Ərzaq və alkoqolsuz içkilər 28% (iyun ayında 30.2%), kommunal xidmətlər 62% (65.5%), geyim və ayaqqabı 10.7% (14.5%) bahalaşıb. Mehmanxana, kafe və restoranlarda qiymətlər 34.2% (35.6%) artıb. Nəqliyyat xidmətlərinin dəyəri 26.6% (27.7%), tibbi xidmətlərin dəyəri isə 37.5% (38.7%) yüksəlib.
Türkiyədə istehlak qiymətləri keçən ay iyun ayı ilə müqayisədə 2.1% artıb. Ekspertlər orta hesabla 2.4% artım proqnozlaşdırmışdılar.
İyulda istehsalçı qiymətləri (PPI) illik müqayisədə 24.2%, aylıq isə 1.7% artıb. İyun ayında artım müvafiq olaraq 24.5% və 2.5% təşkil edib.