Türkiyədə dekabrda illik inflyasiya 36.08 faiz təşkil edib. Bu, 2002-ci ildən bəri müşahidə olunan ən yüksək inflyasiyadır.
Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aylıq inflyasiya 13.58 faiz təşkil edib.
İstehlak qiymətləri indeksinə daxil olan 415 məhsuldan 364-də qiymət artımı olub.
İstehsalçı qiymətləri indeksi dekabrda illik 79.89 faiz artarkən, aylıq müqayisədə 19.08 faiz artıb.
İllik baza inflyasiyası isə 31.88 faiz olub.