12 C
Baku
Wednesday, December 11, 2024

Türkiyədə işçilərə verilən yemək haqqı vergidən azad ediləcək

Türkiyədə işçilərin qidalanması ilə bağlı yeni tənzimləmə gəlir.

Banker.az xəbər verir ki, prezident Ərdoğanın dünən açıqladığı tənzimləmə ilə bağlı təfərrüatlar ortaya çıxıb.

Ərdoğan dünən verdiyi açıqlamada demişdi: “İşçilərə verilən yemək haqqının vergidən azad edilməsi üsulu dəyişəcək. Yemək vergisi güzəştini 34 lirədən 51 lirəyə qaldırdıq. Bu rəqəmi ilin sonunda yenidən müəyyən edəcəyik. Biz yemək ödənişləri üçün restoran kartından istifadə tələbini aradan qaldırırıq. Nağd şəkildə ödənilən yemək pulu da vergidən azad ediləcək“.

Şirkətlər vergi üstünlüyünə görə qida-restoran kartı tətbiqinə üstünlük verirdilər. Yeni tənzimləməyə görə, şirkətlər yemək haqqını istəsələr, restoran kartı ilə əvəz edə biləcəklər. Ancaq belə etmək istəməyənlər bu ödənişi işçilərin maaşına əlavə edəcəklər. Əmək haqqına əlavə edilən yemək haqqına vergi güzəşti tətbiq olunacaq. Bu səbəbdən şirkətlər işçiləri üçün yemək haqqını asanlıqla artıra biləcəklər.

 

Son xəbərlər
Digər xəbərlər