9 C
Baku
Friday, December 13, 2024

Türkiyədə milli valyuta ucuzlaşır, dollar rekord yeniləyir

Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi rekordunu yeniləyib.

Banker.az “Hürriyet” qəzetinin BigPara portalına istinadən xəbər verir ki, 1 ABŞ dolları (USD) 5.5695 Türk lirəsi edib. Bu isə indiyə qədər Türkiyə tarixində qeydə alınan ən yüksək rəqəmdir.

USD/TRY məzənnəsi günə 0.01 lirə bahalaşma və ya 0.20% bahalaşma ilə start verib.

30 gün bundan öncə isə bir dollar 7.2095 lirə ilə mübadilə edilirdi. Artıq 3 dekada geridə qalıb və hər deka üzrə lirə ABŞ valyutası qarşısında ucuzlaşmaqdadır.

Bundan əlavə avro (EUR) 0.02 lirə bahalaşmaqla (0.26%)  8.9870 lirə təşkil edib.

Son xəbərlər
Digər xəbərlər