12 C
Baku
Wednesday, December 11, 2024

Türkiyədə pensiya hüququndan istifadə üçün yaş məhdudiyyəti ləğv edilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EYT” (emeklilikte yaşa takılanlar) – pensiyaya çıxmaq üçün yaş məhdudiyyəti ilə üzləşən şəxslər məsələsi ilə bağlı yeni açıqlama verib.

Türkiyədə pensiya hüququndan istifadə üçün yaş məhdudiyyəti tətbiq edilməyəcək.

O bildirib ki, təqribən daha 2 milyon 250 min ölkə vətəndaşı pensiyaya çıxmaq hüququna nail olub.

Ərdoğanın bu açıqlaması ölkə ictimaiyyəti, xüsusilə də müxalifət nümayəndələri arasında müsbət qarşılanıb.

Belə ki, Türkiyənin “İYİ” partiyasının rəhbəri Meral Akşener öz tviter hesabında ölkə liderinin bu qərarı ilə bağlı paylaşım edərək bildirib: “Bizə bax belə gəl, cənab Ərdoğan. Siyasi rəqabəti xidmətlə apar ki, fayda görən millətimiz olsun. Edilən dəyişiklik EYT-li qardaş və bacılarıma xeyirli olsun. Növbədə pensiyanı minimum əməkhaqqı səviyyəsinə qaldırmaq var. Bizdən əvvəl edin də, görək”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər