Türkiyədə üç günlük küçəyə çıxmaq qadağası tətbiq ediləcək.
23 apreldə “Milli Suverenlik və Uşaq Bayramı” günü münasibəti ilə rəsmi tətil elan edilib. Nəticədə həftəsonu tətbiq ediləcək küçəyə çıxmaq qadağası bu gün (22 aprel – Red), yerli vaxtla saat 19:00-dan etibarən qüvvəyə minəcək.
Cümə, şənbə və bazar günlərini əhatə edəcək sərt karantin rejimi 26 aprel, yerli vaxtla saat 05:00-dan sonra qismən yumşaldılacaq.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında artım müşahidə olunur. İndiyədək ümumilikdə 4 446 591 nəfərdə virus aşkarlanıb, müalicə alan 36 975 nəfər ölüb. Hazırda 3 398 nəfər reanimasiyadadır.