Bazar ertəsi gecə saatlarında Türk lirəsi yenidən tarixi minimum səviyyəsi olan 1 dollar 40 lirə səviyyəsini test edib.
Banker.az xəbər verir ki, buna səbəb Həftəsonu Adana, Adıyaman və Antalya kimi böyük cənub şəhərlərinin merləri korrupsiya istintaqı çərçivəsində saxlanılması ilə bağlı xəbərlər olub.
Lirə bazar günü axşam, likvidliyin aşağı olduğu saatlarda dollar qarşısında rekord səviyyədə zəifləyərək 1 dollar 40 lirə həddinə çatıb. Daha sonra isə cüzi möhkəmlənərək 39.9-a qalxıb və bu, cümə gününə olan bağlanış səviyyəsi ilə müqayisədə dəyişməz qalıb.
Bu il ərzində lirə, daxili siyasi qeyri-müəyyənliklər və qonşu ölkələrdəki münaqişələr səbəbindən 11,3% dəyər itirib.
Türkiyədə inflyasiya may 2024-dəki 75.45%-lik zirvədən düşsə də, iyun 2025-də 35.05%-də qalmaqda davam edir. Baza inflyasiya göstəricisi 35.64%-ə enib. Türkiyə Mərkəzi Bankın faiz dərəcəsini 2024-cü ilin mayında 50%-ə, daha sonra isə 46%-ə salmaq strategiyası lirənin dəyər itirməsinin qarşısını almaqda təsirsiz olub.