13 C
Baku
Friday, April 26, 2024

Türkiyədə zəlzələdən sonra bağlanan hava limanlarından ikisi fəaliyyətini bərpa etdi

Türkiyədə baş verən zəlzələdən sonra bağlanan hava limanları arasında olan Adana və Qaziantep hava limanları yenidən hava nəqliyyatına açılıb.

Hər iki hava limanı bu gün səhər və günortadan sonra baş verən zəlzələlərdən sonra ehtiyat tədbiri olaraq bağlanılmışdı. Onlar yenidən mülki uçuşlara açılıb.

Zəlzələdə ziyan görməyən Adana və Qaziantep hava limanlarında uçuşların bərpa olunduğu bildirilir.

Zəlzələdə uçuş-enmə zolağı dağılan Hatay hava limanı və zəlzələnin episentri olan Kahramanmaraşdakı Kahramanmaraş hava limanı isə hələ də bağlıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər