16 C
Baku
Thursday, March 28, 2024

Türkiyəli biznesmen: “Çelsi”ni almaq şansımız 90 faizdir”

Türkiyəli iş adamı Muhsin Bayrak “Çelsi”nin səhmlərini almaq istədiyini etiraf edib.

Türkiyənin “AB Grup Holding” tikinti şirkətinin idarə heyətinin sədri tezliklə istəyinə çatacağına inanır.

O, “zadəganlar”ın hazırkı sahibi Roman Abramoviçin də bu fikirdə olduğunu söyləyib: “Heyətimiz sabah məsələyə aydınlıq gətirəcək. Hazırda xoşagəlməz bir durum yoxdur. Bu cəsarəti bir türkün göstərməsi, Türkiyəni bütün dünyanın müzakirə mövzusu etməsi önəmli işlərdir. Dünya futbol ictimaiyyəti və bu işi bilən insanlar “Çelsi”ni almaq şansımızın 90 faiz olduğunu düşünür. Roman Abramoviç də bu fikirdədir”.

Biznesmen Türkiyədə “Qalatasaray”a azarkeşlik etdiyini də gizlətməyib.

Qeyd edək ki, “Çelsi”nin hazırkı sahibi Roman Abramoviç 2003-cü ildə 140 milyon funt sterlinqə aldığı səhmləri indi 4 milyarda satmağı planlaşdırır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər