1 C
Baku
Saturday, December 14, 2024

Türkiyəli mütəxəssis Azərbaycanın iri qida şirkətinə rəhbər təyin edildi

Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan”ın ( “Mars Overseas Baku LTD” MMC) baş icraçı direktoru dəyişib.

Banker.az-ın şirkətə yaxın mənbədən əldə etdiyi məlumata əsasən, Emre Yavuz şirkətə baş icraçı direktor təyin edilib.

O, bu vəzifədə Gündüz Haqverdiyev İlqar oğlunu əvəz edib.

E.Yavuz 2017-ci ilin yanvarından Dubaydakı “Royal Swinkels Family Brewers” şirkətinin regional rəhbəri vəzifəsində çalışırdı.

Bununla belə, onun “Pepsi”də təcrübəsi var. O, 2006-2009-cu illərdə Türkiyədəki “PepsiCo”da çalışıb.

Şirkətin əvvəlki icraçı direktoru Gündüz Haqverdiyev isə 2023-cü ilin üçüncü rübündə şirkətin rəhbəri təyin edilmişdi.

Xatırladaq ki, “Mars Overseas Baku LTD”  1998-ci ildə yaradılıb və 45.18 mln. manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər