27 C
Baku
Sunday, April 28, 2024

Türkiyəli nazir: “Dağılan binaların tikintisində səhlənkarlığa yol verənlər həbs ediləcəklər”

“Dağılan binalarda səhlənkarlığı olanlar hesab verəcəklər”.

Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib:

“Dağılan binalarda səhlənkarlığı olanlar hesab verəcəklər. Heç kimə güzəştə gedilməyəcək”, o bildirib.

Nazir bildirib ki, Diyarbəkir prokuroru Mustafa Çelenk artıq bununla bağlı araşdırmalara başlayıb:

“Amma hazırda prioritetimiz xilasetmə işləri, dağıntılar altından insanlarımızı xilas etməkdir. Bundan sonra məhkəmə prosesi olacaq. Əgər kiminsə səhlənkarlığı, günahı varsa, hamısı həbs ediləcək. Heç kim etdiklərinə görə, məsuliyyətdən yayına bilməyəcək. Buna əmin olun”, o deyib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər