11 C
Baku
Monday, November 25, 2024

Türkiyənin 2028-ci ilə qədər qaz ötürmə qabiliyyəti 150 milyard kubmetr olacaq

Qara dənizdə qaz qovşağının tikintisi və hasilatı nəzərə almaqla, Türkiyənin infrastrukturu 2028-ci ilə qədər ildə 150 milyard kubmetr təbii qaz ötürmə qabiliyyəti əldə edəcək.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“2028-ci ilə qədər Türkiyənin illik ötürücülük qabiliyyəti 150 milyard kubmetr qaz olacaq. Bu, təbii qaz infrastrukturuna investisiyalar və Türkiyənin Qara dənizdə tam həcmdə qaz hasilatına başlaması ilə birlikdə baş verəcək”, – “Star” qəzeti nazirdən sitat gətirib.

A.Bayraktar bu fikri ölkənin Avropa hissəsində Trakya bölgəsində qaz qovşağının tikintisi perspektivlərini şərh edərkən bildirib. O, Trakyadan danışarkən söhbətin daha çox qaz ticarətinin fiziki mərkəzindən getdiyini vurğulayıb. Eyni zamanda, İstanbulda, Ataşehir biznes bölgəsində qazla yanaşı, enerji ehtiyatları, filiz, metalların ticarəti üçün birjanın yaradılması da nəzərdə tutulur.

A.Bayraktar xatırladıb ki, daha əvvəl Türkiyə Macarıstan və Bolqarıstanla qaz tədarükü ilə bağlı müqavilələr imzalayıb və tezliklə hökumət başqa bir müqaviləni elan edəcək. O, həmçinin İranın qaz və neft tədarükü sahəsində Türkiyə ilə daha fəal işləyə biləcəyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər