7 C
Baku
Thursday, December 12, 2024

Türkiyənin Azərbaycana hazır geyim ixracı 39 mln. dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 35.7 faiz artıraraq 39.8 milyon dollara çatdırıb.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 33.2 faiz artaraq 6.1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7.2 faiz azalaraq, 10.1 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1.7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15.6 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20.6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər