18 C
Baku
Sunday, September 8, 2024

Türkiyənin “Boyga” PUA-larının ilk ixracı olub

Türkiyənin “Boyga” Pilotsuz Uçuş Aparatlarının (PUA) ilk ixracı baş tutub.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, sözügedən PUA-lar Afrika ölkəsinə satılıb.

Texnikaların tədarükünün bu il ərzində başa çatması gözlənilir.

Qeyd edək ki, “Boyga” 2022-cu ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Bu texnikalardan terrorla mübarizədə, sərhəd əməliyyatlarında və beynəlxalq təlimlərdə fəal şəkildə istifadə olunur. “Boyga” sonuncu dəfə “EFES-2024” təlimlərində istifadə olunmuş və hədəfləri vurmuşdu.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər