2 C
Baku
Saturday, December 14, 2024

Türkiyənin enerji idxalından asılılığı azalıb

2022-ci ildə Türkiyənin enerji idxalından asılılığı 67,8 faizə enib.

Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar İstanbulda keçirilən 15-ci Enerji və İqlim Forumunda çıxışı zamanı deyib.

Nazir, həmçinin, Ankaranın yaxın altı il ərzində atmosferə atılan tullantıları əhəmiyyətli dərəcədə azaltmaq niyyətində olduğunu vurğulayıb. “2024-2030-cu illər üçün enerji səmərəliliyi planının icrası çərçivəsində atmosferə atılan karbon qazını 100 milyon ton azaltmağı planlaşdırırıq”, – deyə Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, hakimiyyət orqanları 2024-cü ildə ölkədə atmosverə atılan tullantı kvotası ilə bağlı emissiya ticarətinə başlamaq niyyətindədir. Əməliyyatların enerji bazarının idarə edilməsi üzrə dövlət kompaniyası – Türkiyə Enerji Birjası meydançasında aparılacağı planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər