9 C
Baku
Sunday, November 17, 2024

Türkiyənin iri tikinti şirkəti Rusiyanı tərk edir

Türkiyənin iri tikinti podratçısı olan “Ronesans Holding” Rusiyanı tərk etdiyini açıqlayıb. Son iki ildə holdinq regional biznesini satıb və investisiyalarını dünyanın digər regionlarına yönləndirib.

Bu barədə şirkət özü məlumat yayıb.

Rusiyada tikinti sektorundakı biznes mayın 22-də, daşınmaz əmlak bazarındakı biznes isə iyunun 23-də satılıb. Şirkət hazırda Niderland, Türkiyə, Almaniya, MDB ölkələrində təmsil olunur. Xü

“Ronesans Holding” yaşayış komplekslərindən tutmuş enerji strukturlarına və xəstəxanalara qədər müxtəlif tipli binaların tikintisi ilə məşğuldur. 1993-cü ildə Rusiyada fəaliyyətə başlayıb.

Son xəbərlər
Digər xəbərlər