Türkiyə Respublikasında fəaliyyət göstərən istixana üzrə ixtisaslaşmış şirkət Azərbaycan bazarına daxil olur.
Banker.az-ın rəsmi qurumlardan əldə etdiyi məlumata görə, bu “Greencon Sera Sistemleri A.Ş”-dir. Şirkət artıq yanvar ayından başlayaraq dövlət qeydiyyatına alınmaqla filial şəkilində fəaliyət göstərəcək.
İstixana şirkətinin filialına direktor kimi, bir vaxtlar “Synergy Group”-a məxsus törəmə şirkəti – “WestGate Trade Market” MMC-nin rəhbəri olmuş (2013-2019-cu illər) Mahir Məmmədbağırov təyin edilib.
“Greencon Sera Sistemleri A.Ş” Türkiyədə istixanaların dizaynı, tikintisi üçün matrialların satışı və s. kimi layihələri həyata keçirir.