Türkiyənin məşhur metallurgiya şirkəti Azərbaycanı tərk edir

“Eti Bakır Anonim Şirkəti”nin Azərbaycandakı filialı ləğv olunur.

Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1069 Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi, mənzil 15 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Eti Bakır A.Ş.” Türkiyənin ən böyük inteqrasiya olunmuş mədənçilik və metallurgiya şirkətlərindən biridir. “Cengiz Holding”in tərkibində fəaliyyət göstərən şirkət; mis, kobalt, gübrə və fosfat istehsalı ilə məşğul olur. Şirkət Türkiyə miqyasında 8 müəssisə idarə edir və Qırğızıstanda qızıl mədənçiliyi fəaliyyətləri həyata keçirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər