®Türkiyənin məşhur “Atış” Şirkətlər Qrupu Bakıda fəalliyyətə başlayır. 17 ildir inşaat, turizm, mədəniyyət, səhiyyə, daşınmaz əmlak və digər sektorlarda uğur qazanan şirkətin rəhbər heyəti Bakıya təşrif buyurub. 5 qitənin 14 ölkəsində layihələr icra edir, şirkət paytaxtımızda tanışlıq və təqdimat gecəsi keçirib. İş adamları və investorların bir araya gəldiyi Türkiyə-Azərbaycan dostluq gecəsi şəhidlərin ruhunun bir dəqiqəlik sükutu və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra tədbirdə söz alan şirkət nümayəndələri gələcəkdə həyata keçiriləcək layihələrdən söz açaraq Azərbaycanda uğurlu işlər görəcəklərinə inandıqlarını bildiriblər. “Atış Yapı Group”un rəhbəri Ahmet Atış 2023-cü ilin ilk tədbirini Azərbaycanda keçirdiklərini bildirərək ölkəmizin investisiya imkanlarını yüksək qiymətləndirib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının və millət vəkili Qənirə Paşayevanın da iştirak etdiyi işgüzar tədbirin rəsmi hissəsindən sonra bədii hissəsi başlayıb. Əməkdar artist Şəhriyar İmanovun ifası tədbir iştirakçılarına unudulmaz dəqiqələr yaşadıb.