14 C
Baku
Thursday, March 28, 2024

Türkiyənin milli standartları Azərbaycanda tətbiq olunacaq

Türk Standartları İnstitutu (TSE) 9 mindən çox milli standartını Azərbaycanda təqdim edib.

Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) verilən məlumata görə, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri çərçivəsində AZSTAND ilə TSE arasında əldə edilən razılığa əsasən türk milli standartlarının Azərbaycanda istifadə edilməsinə imkan yaranıb. AZSTAND Azərbaycan ərazisində Türkiyə standartlarının rəsmi nəşrlərini yaymaq hüququna malik olacaq.

Türk Standartları İnstitutunun beynəlxalq tələblərə cavab verən milli standartlarının Azərbaycanda tətbiqi, insanların həyat və ya sağlamlığının, ətraf mühitin və əmlakın mühafizəsi üçün həyata keçirilən tədbirlərin icrasına töhfə verəcək.

Eyni zamanda, Azərbaycan ərazisində mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələrin, habelə standartlaşdırma obyektlərinin təhlükəsizliyi və keyfiyyətinə dair minimum tələblərin müəyyən edilməsi məqsədilə qəbul edilən normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi fəaliyyətlərində istifadə ediləcək, keyfiyyət infrastrukturunun inkişafına xidmət edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər