10 C
Baku
Thursday, December 12, 2024

Türkiyənin Müdafiə Nazirliyi Suriyadakı hərbi əməliyyatların başa çatdığını elan etdi

Banker.az xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Suriyadakı hərbi əməliyyatlar başa çatdırılıb.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Suriyanın şimal-şərqində kürd döyüşçülərinə qarşı hərbi əməliyyata başlamışdır. ABŞ və bir sıra Avropa ölkələri bu əməliyyatlara qarşı çıxıb, oktyabrın 17-də isə Vaşinqton və Ankara Suriyada 120 saatlıq atəşkəsin elan edilməsi üzrə razılığa gəliblər. Bunun müqabilində Vaşinqton Ankaraya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldıracağını vəd edib.

Oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçirilmişdir, tərəflər Suriya məsələsinə dair memorandum imzalayıblar. Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri Serqey Lavrov, hərbi əməliyyatların başa çatdığını bildirib.

Son xəbərlər
Digər xəbərlər