Türkiyənin Rusiyadan aldığı təbii qazın qiyməti 3-4 dəfə artıb.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, enerji və digər bütün böhranlara qarşı vahid addımların atılması lazımdır. Onun sözlərinə görə, Türkiyə bu gün beynəlxalq enerji təhlükəsizliyinə töhfə verən bir gücə çevrilib.