5 C
Baku
Saturday, December 14, 2024

Türkiyənin turizm təşkilatları ruslar üçün “Mir”ə alternativ yaradırlar

Türkiyənin turizm təşkilatları rusiyalı turistlər üçün “Mir” ödəniş sisteminə alternativ olaraq “bilet kartı” hazırlayırlar. Bildirilir ki, turistlər bu kartdan restoran, mağaza və əyləncə məkanlarında istifadə edə biləcəklər. Turoperatorlar rusiyalı turistlərin Türkiyədə xərclədikləri pulu bilet kartları vasitəsilə restoranlara, ticarət və əyləncə məkanlarına yönəldəcəklər.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin üç dövlət və iki özəl bankı (“Halkbank”, “Ziraat Bank”, “VakıfBank”, “IsBank” və “DenizBank”) Rusiyanın “Mir” kartlarını qəbul etməkdən imtina etdiyini açıqlamışdı. Türkiyədə “Mir” kartlarının istifadəsi ilə bağlı mümkün qərarı prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə açıqlayıb. Bundan əlavə, ölkədə “Mir” kartları üçün ayrıca bankın yaradılması məsələsi müzakirə olunur.

Son xəbərlər
Digər xəbərlər