12 C
Baku
Friday, March 29, 2024

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər xəsarət alıb – Yenilənib

22:40 – Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb


20:55 – Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Kahramanmaraş mərkəzli zəlzələlərdə 4544 nəfərin həyatını itirdiyini, 26721 nəfərin yaralandığını, dağılan binaların sayının isə 5775 olduğunu bildirdi.


19:55 – Türkiyədə zəlzələdə ölənlərin sayı 3 703 nəfərə çatıb. 22 286 nəfər isə yaralanıb.


18:05 – Türkiyə və Suriyada baş verən zəlzələ 1 mlrd. dollardan çox iqtisadi zərərə səbəb ola bilər. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi məlumat yayıb. İlkin hesablamalara görə, iqtisadi xərclər 1 mlrd. dollara çata bilər. İqtisadi itkilərin isə əlavə 100 mln. – 1 mlrd. dollara qədər olacağı təxmin edilir.


16:08 – Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

Bununla bağlı açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, son məlumata görə, 3 549 nəfər həyatını itirib, 22 168 nəfər xəsarət alıb.


14:44 – Türkiyənin Adıyaman şəhərində 5.1 maqnituda gücündə növbəti zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə OlunmasıA gentliyindən (AFAD) bildirilib.

Qeyd olunub ki, zəlzələ Sincik rayonunda qeydə alınıb.


13:55 – Türkiyədə zəlzələdə ölənlərin sayı 3432, yaralıların sayı isə 21 103 nəfərə çatıb.


12:46 – Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.


10:42 – AFAD-ın nümayəndəsi bildirib ki, Türkiyədə zəlzələdədən 3 381 nəfər həyatını itirib. 20426 yaralı var. Zəlzələ nəticəsində 5775 bina dağılıb, 11302 bina ciddi zədələnib.


09:30 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola salınıb.

Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.

İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınmasına hazırlıq işləri gedir.


09:11 __ Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.

Günün ikinci yarısından sonra Adananın Şakir Paşa Hava Limanından yola düşün Azərbaycanın xilasediciləri artıq Kahramanmaraşa gəliblər.

Azərbaycan FHN-in əməkdaşları baş vermiş zəlzələrin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.


08:59 — ABŞ zəlzələdən zərərçəkənlərə kömək etmək üçün Türkiyəyə iki axtarış-xilasetmə qrupu göndərəcək.


08:20 — Türkiyənin Adıyaman şəhərində 5.3 bal gücündə zəlzələ olub.


08:05 — FHN: Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınır.


05:30 — Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib. O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.


04:25 — Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.


02:00 — Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2379 nəfərə çatıb.


00:32 — Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb, dağılan binaların sayı isə 6 217 olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

Son xəbərlər
Digər xəbərlər