Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Türkiyəyə gedəcək.
O, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Liderlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə danışacaq, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər. Səfər 2 gün davam edəcək.
Bu, S.Berdiməhəmmədovun Türkiyəyə ilk rəsmi səfəridir.
Qeyd edək ki, Türkmənistanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub.