-1 C
Baku
Sunday, December 15, 2024

Türkmənistanda ilk yeraltı qaz anbarı tikiləcək

Türkmənistan hökuməti ölkədə ilk yeraltı qaz anbarının tikilməsini planlaşdırır.

Bu barədə “Neytralnı Turkmenistan” nəşri məlumat yayıb.

Məlumata görə, Türkmənistanın Baş nazirin müavini Şahım Abdrahmanov hökumətin iclasında bildirib ki, bu məqsədlə beynəlxalq təcrübəyə uyğun olaraq, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, həmçinin layihələndirmə və tikinti işləri üçün beynəlxalq konsaltinq şirkətlərinin cəlb olunması nəzərdə tutulur.

Xatırladaq ki, Türkmənistan Rusiya, İran və Qətərin ardınca dünyada ən çox təbii qaz ehtiyatlarına malik dördüncü ölkədir.

Son xəbərlər
Digər xəbərlər