Türkmənistanda indiyədək 150-yə yaxın qaz və qaz-kondensat yatağı aşkarlanıb

Türkmənistanda indiyədək 4.97 trln. kubmetrdən çox qaz ehtiyatı olan 149 qaz və qaz-kondensat yatağı aşkar edilib.

“Türkmənistanda ehtiyatları 4 970 768 milyon kubmetr olan 149 qaz və qaz-kondensat yatağı, o cümlədən 139-u quruda, 10-u isə Xəzər şelfində aşkar edilib”, – məlumatda deyilir.

Nəşr qeyd edir ki, hazırda ehtiyatı 2.6 milyard kubmetrdən çox olan 54 yataq işlənilməkdədir, 11 yataq istismara hazırdır, 73 yataq kəşfiyyatda, 11-i konservasiyadadır.

Təbii qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərlə birlikdə dünyanın ilk dörd ölkəsindən biridir. Çin Türkmənistan qazının əsas idxalçısıdır.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər