25 C
Baku
Wednesday, May 29, 2024

“Turkovac” vaksini Azərbaycanda da istehsal edilə bilər

“Turkovac” vaksini Azərbaycanda da istehsal edilə bilər.

Banker.az xəbər verir ki, bunu Türk Sağlamlıq İnstitutlarının (TÜSEB) layihə idarə edilməsi və dəstəyi rəhbəri Batuhan Yeşilyurt deyib.

O qeyd edib ki, hazırda Azərbaycanla olan əməkdaşlığımız çərçivəsində “Turkovac” peyvəndininin Azərbaycanda sınaqları keçirilir.

“Hazırda istəyən hər kəs Bakı sağlamlıq mərkəzinə gedərək 3-cü doza kimi “Turkovac” peyvəndi istifadə edə bilər. Təbii ki, bu sadəcə bir sınaqdır. Türkiyədə hal-hazırda bu peyvənddən istifadə edilir. Azərbaycanda isə 300 könüllü üzərində sınaq keçirilir. 300 insan üzərində sınaq tamamlandıqdan sonra artıq yenidən bir pandemiya ilə üzləşsək, bu peyvənddən istifadə edə bilərik. Pandemiyanın tədricən azaldığı müşahidə olunur . Lakin unutmamalıyıq ki, elmi cəhətdən insanlıq bir neçə dəfə pandemiya şəraiti ilə üzləşib. Bu hal təkrarlana bilər. Azərbaycan xalqı bilməlidir ki, bu kimi hallara qarşı artıq türk peyvəndi də mövcuddur və onlar bu peyvənddən istifadə edə bilər. Gələcək illərdə də dərman preparatları tibbi təchizatlar Azərbaycanla paylaşıla bilər” – deyə o bildirib.

Qeyd edək ki, Türkiyə istehsalı olan vaksin ötən il dekabrın sonlarında ölkə ərazisində istifadə olunmağa başlayıb.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər