9 C
Baku
Sunday, November 17, 2024

Tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri artırılacaq

Azərbaycanda tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri artırılacaq.

Bu, Prezident İlham Əliyevin “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər