“Twitter” ehtiyat tədbiri olaraq, haker hücumundan sonra son 30 gündə parolu dəyişdirməyə cəhd göstərən hesabları müvəqqəti olaraq bağlayıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, sosial şəbəkə istifadəçilərin şifrələrinin hakerlərin əlinə keçməsini sübut edən heç bir dəlil tapmayıb.
“Twitter” hesab edir ki, hücum təxminən 130 hesaba təsir edib və onların yalnız kiçik hissəsi hakerlərin əlinə keçib.
Xatırladaq ki, 2020-ci il 15 iyul tarixində naməlum şəxslər “Twitter”də İlon Mask, Ceff Bezos və digər məşhur insanların adından bitkoinlərin paylanması barədə paylaşımlar ediblər. Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır.